İstifadə şərtləri və qanunları.

 

İSAR Kargo dan qeydiyyatdan keçib sifariş verdiyiniz halda,aşağıdakı şərtləri qəbul etmiş sayılırsınız.

 

1.İstifadəçi saytdan qeydiyyatdan keçməklə,məlumatları doğru qaydada qeyd etməlidi.İstifadəçi doğruluğuna görə məhsuliyyət daşıyır

2. İSAR Kargo sifarişçilərinə, bağlamalarını göndərməsi üçün İstanbulda ünvan verir.

3. Məlumatlarda dəyişiklik olarsa,istifadəçi bunun üçün "İSAR Kargo" saytını məlumatlandırmalıdı.

4. Maye məhsullar,tərkibində batareya olan avadanlıqların daşınması həyata keçirilmir. Qadağan olunmuş məhsullar sifariş verilərsə, istifadəçi bloklana bilər.

5. Tələb edildiyi qaydada ödəmə etmək istifadəçinin öhdəliyidir.Çatdırılma ödənişləri hər bir bağlama üçün ayrılıqda hesablanır. Sifarişiniz bir neçə bağlamada gələrsə hər bağlama üçün ayrı ayrılıqda hesablanır.Əks halda paket birləşdirmə xidmətini seçməlidi.

6. İstifadəçi şifrə və məlumatlarını digər şəxslərlə paylaşmamalıdır. Belə hallar baş verərsə borclanmaya və sifarişin statusunun dəyişməsinə görə, istifadəçi özü cavabdehdir.

7. İstifadəçi ay ərzində dəyəri 300 (üç yüz) ABŞ dolları məbləğinədək sifariş etdikdə, istifadəçidən gömrük rüsumu tutulmur.Sifarişin dəyəri bir ay ərzində 300 (üç yüz) ABŞ dolları məbləğindən artıq olarsa, İstifadəçi sifarişin ümumi dəyərinin 36%-i (otuz altı faiz) gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyini öz üzərinə götürür.

8. Daşıyıcı sifarişlərin daşımasını həyata keçirərkən, 300 ABŞ dollarınadək sifariş olduqda gömrük sənədləşmələrini öz üzərinə götürür. Yüksək məbləğdə sifariş verilərsə, daşıyıcı malı Gömrük terminalınadək gətirməyi, istifadəçi isə digər sənədləşmə və malın terminaldan təhvil götürülməsini öz üzərinə götürür.

9. Daşınan bağlamanın çatdırılma üçün xidmət haqqı iki meyar üzrə, çəki və həcmə görə hesablanır. İstifadəçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparmalıdır. İSAR Kargo sifarişçiləri bağlamalarını Bakıdakı ofisdən götürür (və ya kruyer vasitəsi ilə ünvana çatdırılır)

10. İSAR Kargo istehsalçı deyil və heç bir satış xidməti göstərmir. Sifarişçi ödənişini şəxsi hesabından daşıyıcının əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% ödəmə (bank) komissiyası nəzərdə tutulmuşdur

11. Sifariş edilmiş bağlamanın “İSAR Kargo”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (Avia reyslərin gecikməsi, Gömrük nəzarət yoxlamaları və s ) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və belə bir hal sifarişdən imtina üçün əsas sayıla bilməz.

12. İSAR Kargo, istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır. İSAR Kargo satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.

13. Sifariş edilən malların sığortalanması “İSAR Kargo” tərəfindən həyata keçirilmir və buna görə “İSAR Kargo” heç bir məsuliyyət daşımır. Bağlama "İSAR Kargo" İstanbuldakı anbarında təhvil alınana qədər bağlama üzərində "İSAR Kargo" heç bir məsuliyyət daşımır.Bu kimi hallarda Sifarişçi problemin aradan qaldırması üçün əşyadakı qüsurlara görə pretenziyasını ancaq Satıcıya qarşı irəli sürə bilər.

14. Sifariş edilmiş bağlama ofisə daxil olduqdan sonra “İSAR Kargo” Sifarişçiyə bu barədə zənglə, SMS-lə, poçt bildirişi ilə və ya e-mail vasitəsilə məlumat veriləcək. Sifarişçi “İSAR Kargo” tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab ediləcək.

15. Sifariş olunan bağlamanın “İSAR Kargo”nun ofisinə daxil olması barədə Sifarişçiyə məlumat verildiyi andan etibarən 15 (on beş) təqvim günü ərzində Sifarişçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (sıfır manat, 50 qəpik) saxlama haqqı hesablanır. Sifarişçi “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz

16. Sifariş olunan bağlamanın ofisdən təhvil alınması barədə “İSAR Kargo” tərəfindən Sifarişçiyə bu barədə məlumat verildiyi andan etibarən, bağlama 3 (üç) ay ərzində Sifarişçi tərəfindən təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “İSAR Kargo"nun mülkiyyətinə keçir

17. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ xarici şirkət tərəfindən kartına geri qaytarılır

18. İSAR Kargo sifarişçinin sifariş etdiyi online ünvanın etibarlılığı, ödəmə şərtləri ilə bağlı heç bir məsuliyyət daşımır